DİN əməliyyat keçirdi: Saxlanılanlar var

DİN əməliyyat keçirdi: Saxlanılanlar var Hadisə

DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları paytaxt və bölgələrdə əvvəllər məhkum olunan Səddam Əsədov, Emin Balakişiyev və Emin Əliyev saxlanılıblar.

News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlardan 47 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana və psixotrop maddə metamfetamin aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.