Diş həkiminə getdi, əl və ayağı kəsildi - FOTO

Diş həkiminə getdi, əl və ayağı kəsildi - FOTO Hadisə

ABŞ-nin Texas ştatında yaşayan 34 yaşlı Devon Vanterpulun həyatı stomatoloq qəbulundan sonra kabusa çevrilib.

News24.az xəbər verir ki, Vanterpul diş ətlərində iltihabla bağlı həkim müayinəsinə gedib.

Həkim onun damağına toxunduqda diş ətlərindən qan axmağa başlayıb.

Təxminən 45 dəqiqə sonra kişinin vəziyyəti kəskin pisləşib. O xəstəxanaya yerləşdirilsə də, vəziyyəti daha da ağırlaşıb.

Sepsis inkişaf edib, daha sonra ürək dayanması baş verib. Həkimlər onu həyat dəstəyi aparatına qoşub

toxumaların ölməsi prosesini dayandırmağa çalışlblar. Lakin bu, yeni fəsadlara səbəb olub.

Nəticədə həkimlər Vanderpulun həyatını xilas etmək üçün onun sağ ayağı və sağ əlini, həmçinin, sol ayağını dizdən aşağı, sol qolunu isə dirsəkdən aşağı amputasiya etnək məcburiyyətində qalıblar. /People/

Diş həkiminə getdi, əl və ayağı kəsildi - FOTO