Bakıda faciəvi hadisə: Dəniz kənarında gəzərkən öldü
Hadisə
Bakıda 89 yaşlı kişi dəniz sahilində vəfat edib.
News24.az -ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu Novxanı qəsəbəsi ərazisində baş verib.
Saat 18:00 radələrində Bakı şəhər sakini 1937-ci il təvəllüdlü Eldar Çərkəz oğlu Cəfərov Novxanı qəsəbəsinin dəniz sahilində gəzərkən ölüb.
Onun infarktdan vəfat etdiyi qeyd edilib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.
Yaşar Araz