“Dr. Güllü” ilə bağlı yayılan iddialara REAKSİYA

“Dr. Güllü” ilə bağlı yayılan iddialara REAKSİYA Hadisə

Bakıda özünü həkim kimi təqdim edən Gülbadə Abdullayeva (Dr. Güllü) ilə bağlı yayılan məlumatlar ictimaiyyətdə geniş rezonans doğurub. İddialara görə, liposaksiya prosesi zamanı peşə fəaliyyətinə zidd görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra onun canına qəsd etdiyi bildirilib.

Məsələ ilə bağlı News24.az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzdən bildirilib ki, mayın 5-i saat 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

"Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".