Əhmədlidə yaşayış binasında yanğın oldu, xəsarət alan var
Hadisə
Xətai rayonu, Məhəmməd Hadi küçəsi 66B ünvanında yerləşən yaşayış binasında yanğın olub.
News24.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Əraziyə FHN-in Yanğından Mühafizə Xidmətinin əməkdaşları, polis və təcili tibbi yardım briqadası cəlb edilib.
Mənzildə kirayənişin kimi yaşayan Ahmed Gökduman evdə yatarkən partlayış baş verib və ardınca yanğın olub. 41 yaşlı Ahmed Gökduman yanıq xəsarətləri alıb və xəstəxanaya hospitalizasiya olunub.
FHN-in bildirdiyinə görə, yanğına səbəb ilkin ehtimalla elektrik şitindəki nasazlıq olub.