Elçin Əliyev faciəvi şəkildə öldü

Elçin Əliyev faciəvi şəkildə öldü Hadisə


Şəmkirdə 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

News24.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Yeni Həyat kəndinin sakini Əliyev Elçin Əmir oğlu yaşadığı evdə huşunu itirərək qaz sobasının üzərinə yıxılıb.

Nəticədə o, yanıq xəsarətləri alaraq ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.