Əlisəmid Kür dəfn olundu - Yeniləndi
Hadisə
Şair Əlisəmid Kür (Cəfərli) vəfat edib.
News24.az xəbər verir ki, bu barədə şairin ailə üzvləri məlumat veriblər.
Ailəsinin bildirdiyinə görə, o, bu gün 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu Xəstəxanası) vəfat edib.
Əlisəmid Kür bu gün Salyan rayonunda dəfn ediləcək.
Qeyd edək ki, səhhətində yaranan problemlər səbəbindən Əlisəmid Kür sentyabrın 15-də Respublika Diaqnostika Mərkəzinə yerləşdirilmiş, daha sonra müalicəsi Respublika Klinik Xəstəxanasında davam etdirilmişdi.
***
09:30
Şair Əlisəmid Kür (Cəfərli) dəfn olunub.
News24.az xəbər verir ki, mərhum Salyan rayon qəbiristanlığında torpağa tapşırılıb. Onunla rayonun Hacı Tağı məscidində vida mərasimi keçirilib.
Dəfndə şairin yaxınları, rayon icitimaiyyəti iştirak edib.