“Elmlər Akademiyası” yaxınlığında gənci bıçaqladılar

“Elmlər Akademiyası” yaxınlığında gənci bıçaqladılar Hadisə
Yasamal rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığında qeydə alınıb.
1990-cı il təvəllüdlü Atayev Nurlan Vəlafət oğlu naməlum şəxslə mübahisə edib.
Bu zaman o, ağır bıçaq xəsarətləri alıb.
Yaralı 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.