Elşad Miraləm yüksək vəzifəyə təyin edildi
Hadisə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparatına yeni rəhbər təyinatı olub.
News24.az xəbər verir ki, bu vəzifəyə Elşad Mircavad oğlu Miraləm təyin edilib.
Qeyd edək ki, Aparatın keçmiş rəhbəri Nəriman Qurbanov 24 oktyabr 2025-ci il tarixində vəfat etdiyindən bu vəzifəyə yeni təyinat gözlənilirdi.
Dini Komitə Aparatının yeni rəhbəri Elşad Miraləm 1977-ci ildə Goranboy rayonunda anadan olub. 1994-1998-ci illərdə Bakı Sosial idarəetmə və Politologiya İnstitutunda politologiya ixtisası üzrə bakalavr təhsili alıb.
2000-2002-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında magistr pilləsini bitirib.
2003-2006-cı illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunda doktorantura təhsilinə yiyələnib.
2013-cü ildə siyasi elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.
Elşad Miraləm əmək fəaliyyətinə jurnalist kimi başlayıb. Belə ki, o, 1998-1999-cu illərdə “Press-Media” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun birinci müavini; 1999-2002-ci illərdə “Yeni Azərbaycan” qəzetində müxbir, şöbə müdiri, baş redaktorun müavini; 2002–2005-ci illərdə “Azərbaycan” qəzetində parlament müxbiri işləyib.
2005–2018-ci illərdə Diasporla İş üzrə Dövlət Komitəsində kollegiya katibi, mətbuat xidmətinin rəhbəri, şöbə müdiri vəzifələrində çalışıb.
2018–2020-ci illərdə CBC TV-də Azərbaycan redaksiyasının baş redaktoru işləyib.
2020-ci ildə SOCAR Təhlükəsizlik İdarəsində müşavir, 2020-2024-cü illərdə Milli Məclisdə deputat köməkçisi olub.
2024-cü ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətə başlayan E.Miraləm sədrin köməkçisi, Aparat rəhbərinin müavini vəzifələrini tutub.
O, ölkə Prezidntinin 6 iyul 2012-ci il tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. (modern.az)