Ərdoğan Macarıstanla 16 saziş imzalayacaq
Hadisə
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 18-də Macarıstana səfər edəcək.
News24.az xəbər verir ki, səfər zamanı müxtəlif sahələrdə əməkdaşlığa dair ümumilikdə 16 sazişin imzalanması gözlənilir.
Bu, ticarət həcmini ildə 6 milyard dollara, gələcəkdə isə 10 milyard dollara çatdırmağa imkan verəcək.
Qeyd edək ki, Ərdoğanın Macarıstana səfəri iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümünə təsadüf edir. Səfər zamanı Ərdoğanın prezident Katalin Novak və baş nazir Viktor Orbanla görüşü gözlənilir. Strateji Tərəfdaşlıq üzrə ikitərəfli yüksək səviyyəli şuranın iclası planlaşdırılır. Tərəflərin həmçinin Türkiyənin Aİ-yə inteqrasiyası və Qəzza zolağındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
Qumral