"Əvvəl elə bilirdim pulum olsa..." - Paşinyan bəxtindən ŞİKAYƏTLƏNDİ

"Əvvəl elə bilirdim pulum olsa..." - Paşinyan bəxtindən ŞİKAYƏTLƏNDİ Hadisə

“Bir vaxtlar mənə elə gəlirdi ki, pul ən böyük problemdir və pul olsa, bütün məsələlər həll olunacaq, lakin sonradan gördüm ki, yox, elə deyilmiş”.

News24.az Moderator.az-a istinadla xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib.

O deyib: “İndi vəziyyət elədir ki, pulumuz var, lakin bəxtimiz gətirmir. Ölkədəki bir çox məsələlərə yaradıcı yanaşılmalıdır ki, xalqın gözlədiyi infrastruktur: məktəblər, tibb məntəqələri, yollar və s. olsun. Bu mövzu ilə məşğul olan hökumət üzvləri ilin əvvəlindən çox ağır və pis əhvali-ruhiyyədədirlər, amma bu hadisələri bu duruma gətirənlər də biz özümüz olmuşuq”.