Fabrikdə güclü partlayış - 230-dan çox...__NEWL__
Hadisə
Çinin şərqindəki Şandun bölgəsində kimya fabrikində güclü partlayış baş verib.
News24.az xəbər verir ki, hadisə nəticəsində ölən və ya yaralananların olub-olmadığı barədə hələlik məlumat yoxdur.
Partlayış o qədər güclü olub ki, fabrikdən 3 kilometr aralıda yerləşən anbarın şüşələri partlayıb.
Onu da qeyd edək ki, rəsmi məlumatlara görə, fabrikdə 500-dən çox işçi çalışır.
Yerli yanğınsöndürmə idarəsi hadisə yerinə 230-dan çox yanğınsöndürən göndərib.
Günel Məlikzadə