FHN Kürdə köməksiz qalan şəxslərin xilas etməyə çalışır
Hadisə
Samux rayonu ərazisində Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində köməksiz vəziyyətdə qalan 4 nəfərin xilas edilməsi məqsədilə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Samux Rayon Yanğından Mühafizə Hissəsi və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən birgə xilasetmə tədbirləri həyata keçirilir.
Bu barədə News24.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, həmin şəxslər qulançar, şomu və odun yığan zaman Kürdə köməksiz vəziyyətdə qalıblar.
Qeyd edək ki, ailə Kür ətrafında maldarlıqla məşğul olur.
Hazırda onların xilas edilməsi istiqamətində təxirəsalınmaz işlər aparılır.