FHN və TƏBİB birgə təlim keçirdi

FHN və TƏBİB birgə təlim keçirdi Hadisə

Fövqəladə Hallar Nazirliyi və "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) birgə təlim keçirib.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Təlim M.A.Qasımov adına Respublika Klinik Xəstəxanasında baş verə biləcək fövqəladə hadisələr zamanı fəaliyyətin təşkili mövzusunda olub.

Təlimə FHN-in xüsusi təyinatlı texnikaları və şəxsi heyəti cəlb olunub.