GDU-da tələbələrdən rüşvət alınmasının kadrları yayıldı - (VİDEO)
Hadisə
Sosial şəbəkələrdə Gəncə Dövlət Universitetinin Tələbələrin qeydiyyatı və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Qüdrət Verdiyevin məzun olmuş tələbələrdən rüşvət almasını əks etdirən kadrlar yayılıb.
News24.az Yeniavaz.com-a istinadla xəbər verir ki, kadrlardan pul vəsaitinin tələbələrdən diplomlarını götürmələri üçün tələb olunduğu başa düşülür.
Məsələ ilə bağlı Gəncə Dövlət Universiteti ilə əlaqə saxladıq. Təhsil müəssisəsindən Yeniavaz.com-a bildirildi ki, Q. Verdiyev artıq öz ərizəsi ilə işdən çıxıb.