Gecə yarısı qapıları döyüldü: Kameraya baxanda dəhşətə gəldilər
Hadisə
ABŞ-də qapıları təsadüfi şəkildə döyərək əlində bıçaqla aqressiv hərəkətlər edən şəxs sakinlər arasında təşviş yaradıb.
News24.az xəbər verir ki, hadisə təhlükəsizlik kameralarına düşdükdən sonra geniş rezonans doğurub.
Kaliforniyanın Sakramento şəhərində baş verən olayda 56 yaşlı Brayan Mattsonun gecə saatlarında küçədə dolaşaraq evlərin qapılarını döydüyü və əlində bıçaqla təhlükəli davranışlar sərgilədiyi anlar kameralar tərəfindən anbaan qeydə alınıb.
Görüntülərdə onun qapıları döydükdən sonra sürətlə ərazidən uzaqlaşdığı da əks olunub. Gecə yarısı qapılarının döyülməsi ilə təşvişə düşən sakinlər təhlükəsizlik kameralarına baxdıqda qarşılaşdıqları mənzərədən dəhşətə gəliblər. Sosial mediada yayılan görüntülər qısa zamanda geniş müzakirələrə səbəb olub.
Hadisədən dərhal sonra polis əməkdaşları əməliyyat keçirərək şübhəlini saxlayıb. Məlumata görə, Brayan Mattson məhkəməyə çıxarılıb və barəsində həbs qətimkan tədbiri seçilib.