Gədəbəydə avtoxuliqanlıq edən gənc həbs olundu- - FOTO

Gədəbəydə avtoxuliqanlıq edən gənc həbs olundu- - FOTO Hadisə

Gədəbəy rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin (ŞBPİ DYPB) əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək ictimai-asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücünü saxlayıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan News24.az-a verilən məlumata görə, rayon sakini Elşən Abbasovun sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi, yol nəqliyyat-hadisəsi törədərək hadisə yerindən yayınması və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub.

Həmin şəxs barəsində DYPB-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib.

Məhkəmənin qərarı ilə E. Abbasov 15 sutka inzibati qaydada həbs edilib.