Gədəbəydə qəza: bir nəfər öldü, bir nəfər yaralandı

Gədəbəydə qəza: bir nəfər öldü, bir nəfər yaralandı Hadisə

Gədəbəydə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Mercedes" markalı minik avtomobil toqquşub.

Qəza nəticəsində 1969-cu il təvəllüdlü Samirə Məmmədova aldığı xəsarətdən dünyasını dəyişib.

Daha bir nəfər - 1991-ci il təvəllüdlü Fürqan Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (Report.az)