Gədəbəydə UAZ dərəyə aşdı, sürücü öldü
Hadisə
Gədəbəydə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Slavyanka kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan UAZ markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə UAZ dərəyə aşıb.
Qəza zamanı sürücü, 1985-ci il təvəllüdlü A.İsmayılov xəstəxanaya aparılarkən yolda ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Fakt araşdırılır. (Unikal)