Gəncə İcra Hakimiyyətinin işçisi küçədə qəfil öldü - ÖLÜM
Hadisə
Gəncə Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi qəfil dünyasını dəyişib.
News24.az Oxu.Az-a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
İdarənin əməkdaşı, 1975-ci il təvəllüdlü Şahin Talıbov küçədə iş görərkən səhhəti qəfil pisləşib. O, hadisə yerində dünyasını dəyişib.
Ş.Talıbov adıçəkilən qurumda fəhlə işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.