Gəncədə 16 yaşlı qızı avtomobil vurdu
Hadisə
Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
"Fiat" markalı avtomobil hərəkətdə olarkən yolu keçmək istəyən 2010-cu il təvəllüdlü R.Şükürovanı vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma başlanılıb. (Oxu.az)