Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərləndi
Hadisə
Gəncədə 26 yaşlı qadın dəm qazından zəhərlənib.
News24.az xəbər verir ki, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Qazax rayon sakini 2000-ci il A.Yusifova huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Ona müayinə zamanı zəhərlənmə diaqnozu təyin edilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, 26 yaşlı qadın kirayə qaldığı evin vanna otağında dəm qazından zəhərlənib. Hadisə ilə bağlı araşdırma aparılır. (Unikal)