Gəncədə 31 yaşlı kişi bıçaqlandı

Gəncədə 31 yaşlı kişi bıçaqlandı Hadisə

Gəncədə bıçaqlanma hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhərin Bağman adlanan ərazisində qeydə alınıb.

Belə ki, şəhər sakini 1995-ci il təvəllüdlü F.Bağırov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib,hazırda vəziyyətinin kafi olduğu bildirilir.

Hadisənin hansı şəraitdə baş verməsi məlum deyil.

Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. (Unikal)