Gəncədə 65 yaşlı kişi öldürüldü

Gəncədə 65 yaşlı kişi öldürüldü Hadisə

Gəncədə qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Musa Musayev qətlə yetirilib.

İlkin məlumata görə, 65 yaşlı kişi bıçaqlanaraq öldürülüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb. (qafqazinfo)