Gəncədə 9 evdən oğurluq edən şəxs - ƏLƏ KEÇDİ
Hadisə
Gəncə şəhərində oğurluqla məşğul olan şəxs tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a bildiriblər ki, şəhərin Nizami rayonu ərazisindəki dörd evdən pul, mobil telefon və qab-qacaq, “VAZ-2105” markalı avtomobildən mobil telefon, beş həyətdən isə su mühərrikləri oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Atakişiyev Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Hadisə ilə bağlı təhqiqat aparılır.
Hadisə ilə bağlı təhqiqat aparılır.