Gəncədə bədbəxt hadisə: ölən var – YENİLƏNDİ

Gəncədə bədbəxt hadisə: ölən var – YENİLƏNDİ Hadisə

Gəncədə binanın dam örtüyünün təmiri zamanı ölüm faktının bəzi təfərrüatları detalları bilinib.

News24.az xəbər verir ki, hadisə şəhərin Natavan qəsəbəsində qeydə alınıb. Vəfat edən Hafiz İsmayılov Şəmkir rayon sakinidir. Həmin ünvanda usta kimi fəaliyyət göstərib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır. (Teleqraf)

**17:18

Gəncə şəhərində hündürlükdən yıxılan 53 yaşlı kişi həyatını itirib.

News24.az xəbər verir ki, şəhər ərazisində qeydə alınan hadisə zamanı 1973-cü il təvəllüdlü Hafiz İsmayılov evin dam örtüyünü təmir edərkən yıxılıb.

O, aldığı xəsarətdən hadisə yerində ölüb. Əraziyə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.(report)