Gəncədə binada partlayış
Hadisə
Gəncədə partlayış baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin "Pasyolka" adlanan ərazisində qeydə alınıb. Belə ki, sözügedən ərazidə yerləşən 5 mərtəbəli yaşayış binasında anidən partlayış olub. Nəticədə bir nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Əraziyə FHN əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.