Gəncədə fişəng partladı, yeniyetmə xəsarət aldı

Gəncədə fişəng partladı, yeniyetmə xəsarət aldı Hadisə

Gəncədə fişəng partlaması nəticəsində yeniyetmə xəsarət alıb.

News24.az xəbər verir ki, şəhər sakini 2013-cü il təvəllüdlü S.Bayramov əlin və bədənin müxtəlif nahiyələrinin çoxsaylı yarası ilə xəstəxanaya çatdırılıb.

Xəsarət alan yeniyetməyə dərhal yardım edilib, onun vəziyyətinin kafi olduğu bildirilir.

Hazırda hadisə yerinə adiyyatı qurumların əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.(unikal)