Gəncədə iki avtomobil toqquşdu - Yaralılar var
Hadisə
Gəncədə iki avtomobil toqquşub.
News24.az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektindən qeydə alınıb.
Hadisə nəticəsində 4 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və onlar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.