Gəncədə maşın "Baku Bus"a çırpıldı - Ölən və xəsarət alanlar var
Hadisə
Gəncədə ağır qəza olub.
News24.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan minik maşını "Baku Bus"a məxsus sərnişin avtobusuna çırpılıb. Qəza zamanı 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (Unikal)