Gəncədə qəza: 3 nəfər xəsarət aldı

Gəncədə qəza: 3 nəfər xəsarət aldı Hadisə

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

News24.az xəbər verir ki, hadisə zamanı 2006-cı il təvəllüdlü Günel Hüseynova, 1999-cu il təvəllüdlü Rəhim Zamanov, 1958-ci il təvəllüdlü Natiq Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib.

İlkin məlumata görə, "Mercedes" markalı avtomobil daş hasara çırpılıb.

Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)