Gəncədə qəza: xəsarət alanlar var

Gəncədə qəza: xəsarət alanlar var Hadisə

Gəncədə iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

News24.az xəbər verir ki, qəza zamanı 2005-ci il təvəllüdlü Tofiq Şıxlinski və 2006-cı il təvəllüdlü Qabil Nəsibov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma başlanılıb. (Qafqazinfo)