Gəncədə silahlı insident: Ölən var

Gəncədə silahlı insident: Ölən var Hadisə

Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib.

News24.az xəbər verir ki, Daşkəsən rayon sakini olan bir şəxs mübahisə zəminində atası Elçin Nağıyevi güllələyib.

Məlumata görə, hadisə ailədaxili mübahisə zamanı baş verib. Od tüfəngi ilə atəş açılması nəticəsində Elçin Nağıyev hadisə yerində həyatını itirib.

Hadisəni törədən şəxs məktəblidir. Meyid hazırda Məhkəmə Tibbi Ekspetiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, 44 yaşlı atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Kənan Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb. Kənan Nağıyevin 17 yaşı var.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.//Teleqraf