Gəncədə yeniyetmə bıçaqlandı
Hadisə
Gəncədə yeniyetmə bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. Belə ki 2012-ci il təvəllüdlü M.Hüseynov bıçaq xəsarəti ilə xəstəxanaya yeləşdirilib. Dərhal ona yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, M.Hüseynovu qonşusu bıçaqlayıb. Hadisənin başvermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.