“Gül satan okuş” həbs edildi
Hadisə
Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində “gul satan okuw” adlı şəxsin mərkəzdə turistləri çəkərək onları narahat etdiyinə dair görüntülər yayılmışdı.
News24.az xəbər verir ki,Video yüz minlərlə baxış toplayıb və istifadəçilər tərəfindən birmənalı qarşılanmayıb.
Əldə etdiyimiz məlumata görə, polis əməkdaşları tərəfindən həmin hərəkətləri törədən Orxan Hüseynli müəyyən edilərək saxlanılıb.
Onun psixi sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq xəstəxanaya yerləşdirilib.