Gəncədə 3 nəfər xəsarət aldı – 2-si qazidir
Hadisə
Dekabrın 24-də Gəncə şəhərində üç nəfər kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
News24.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Xalid Qurbanov yaşadığı binanın qarşısında baş verən hadisə zamanı xəsarət alıb. Digər xəsarət alan şəxs, 2001-ci il təvəllüdlü Sərxan Quliyev isə qol nahiyəsindən aldığı xəsarətlərlə Gəncə şəhər Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
Bundan əlavə, Gəncə şəhərində yerləşən MİDA yaşayış kompleksində 2003-cü il təvəllüdlü İspi Əhmədovun sərxoş vəziyyətdə bıçaq xəsarətləri aldığı bildirilib.
Məlumata görə, xəstəxanaya yerləşdirilən şəxslərdən Xalid Qurbanov və Sərxan Quliyev Vətən müharibəsi qaziləridir və müxtəlif dövlət təltiflərinə layiq görülüblər.
Faktlarla bağlı Gəncə Şəhər Prokurorluğu tərəfindən araşdırmalar aparılır.
Yaşar Araz