Gəncədə bitişik evlərdə yanğın oldu - Foto - Video - Yeniləndi
Hadisə
Gəncədə yanğın hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə şəhərin Bağman yaşayış massivi adlanan ərazisində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən bir-birinə bitişik evlərdə yanğın başlayıb. Əraziyə FHN yanğınsöndürən avtomobilləri və şəxsi heyəti cəlb edilib.
Hadisə nəticəsində iki ev yanıb. Alovun qarşısının alınması istiqamətində yanğınsöndürənlər tərəfindən işlər aparılır.(Unikal)
09:16
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Faiq Bayramov küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.
News24.az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən tədbirlər sayəsində bir-birinə bitişik tikilən fərdi yaşayış evlərində baş vermiş yanğın daha böyük sahəyə yayılmasına imkan verilmədən söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 90kv.m. olan evin yanar konstruksiyaları, ümumi sahəsi 120kv.m. olan evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m sahədə və ümumi sahəsi 216kv.m. evin dam örtüyünün yanar konstruksiyaları 40 kv.m. sahədə yanıb.
Evlərin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.