Goranboyda avtomobil aşıb, xəsarət alanlar var - Yeniləndi

Goranboyda avtomobil aşıb, xəsarət alanlar var - Yeniləndi Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə rayonun Börü kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ 2107” markalı minik maşını idarəetmədən çıxıb. Nəticədə minik maşını yolun kənarına aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Yaralılar 1998-ci il təvəllüdlü F.Əliyev, 1971-ci il təvəllüdlü T.Əliyeva və 1989-cu il təvəllüdlü

S.Şadmanovadır. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

10:02


"Yanvarın 16-sı saat 09:20 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 3 nəfər (1-i kişi, 2-si qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub".

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi xəstəxanasından məlumat verilib:

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Hazırda müalicələri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir".