Goranboyda dəhşətli qətl: iki qadını öldürdü, intihar etdi
Hadisə
Goranboyda dəhşətli qətl hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Veyisli kəndində qeydə alınıb. İki qadını öldürən şəxs sonra ərazidən uzaqlaşaraq sahədə özünə xəsarət yetirib və aldığı xəsarətlərdən ölüb.
Məlumata görə, 1992-ci il təvəllüdlü Rövşən Məmmədovun qayınanası və həyat yoldaşının öldürüldüyü ehtimal olunur.
Belə ki, tərəflər məhkəmədən - boşanma prosesindən qayıdırlarmış. Hadisənin baş verdiyi ərazidə (Veyisli kəndi) R. Məmmədov öncə avtomobillə qayınanası Natella Duyenka (1972) və həyat yoldaşı Sevinc Məmmədovanın (2003) olduğu avtomobili vurub.
Daha sonra maşınla N. Dudyenkanın üzərindən keçib, ardınca S. Məmmədovanı qətlə yetirib.
Daha sonra isə boş sahəyə gedərək özünü öldürüb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb. (Teleqraf)