Səhər saatlarında ağır qəza - Yaralılar var - Foto - YENİLƏNDİ

Səhər saatlarında ağır qəza - Yaralılar var - Foto - YENİLƏNDİ Hadisə

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-ın məlumatına görə, hadisə Goranboy-Tərtər yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ 21011"ilə "Nissan" markalı avtomobillər toqquşub. Qəza zamanı 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıların vəziyyətlərinin kafi olduğu bildirilib.

Xəsarət alanlar 2003-cü il təvəllüdlü R.Şükürov, 2008-ci il təvəllüdlü İ.Furidinli, 1955-ci il təvəllüdlü M.Kərimov, 2002-ci il təvəllüdlü N.Məmmədov və 1990-cı il M.Baxışəliyevdir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.(APA)

10:10


Martın 5-i saat 08:45 radələrində Goranboy rayonu Xanqərvənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (kişi) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Onlara bədən müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib.

Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onlardan birinin vəziyyəti ağır, ikisinin orta ağır, digər iki nəfərinki stabil olaraq qiymətləndirilir.

Səhər saatlarında ağır qəza - Yaralılar var - Foto - YENİLƏNDİ Səhər saatlarında ağır qəza - Yaralılar var - Foto - YENİLƏNDİ Səhər saatlarında ağır qəza - Yaralılar var - Foto - YENİLƏNDİ