Goranboyda peyvənd vurulan azyaşlı öldü

Goranboyda peyvənd vurulan azyaşlı öldü Hadisə

Goranboyda azyaşlı ölüb.

News24.az-ın yerli bürosunun məlumatına görə, fevralın 20-si Goranboy rayonunun Yuxarı Ballıqaya kənd sakini 2025-ci il təvəllüdlü N.Mirzəyevə kəndin ərazisində yerləşən tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub.

Səhəri gün yəni fevralın 21-də azyaşlı iynənin təsirindən ölüb.

Goranboy rayon prokurorluğu tərəfindən araşdırma aparılır.(APA)