Goranboyda qəza: İki nəfər öldü - Yeniləndi
Hadisə
Goranboyda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Priora" markalı minik avtomobili idarəetmədən çıxıb.
Nəticədə minik avtomobili yol kənarına aşıb. Qəza nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır. (APA)
****
Goranboyun Nadirkənd kəndində baş verən yol qəzasında xəstəxanaya yerləşdirilən yaralılardan biri vəfat edib.
News24.az xəbər verir ki, bununla da ölənlərin sayı 2 nəfərə çatıb, digər yaralılının müalicəsi isə davam edir.
Faktla bağlı araşdırma aparılır.