Göyçayda 82 yaşlı kişi qoyun sürüsünün altında - QALARAQ ÖLÜB

Göyçayda 82 yaşlı kişi qoyun sürüsünün altında - QALARAQ ÖLÜB Hadisə
Göyçay rayonunda ölüm hadisəsi baş verib.

hadisə rayonun Şəhadət kəndi ərazisində qeydə alınıb.
Belə ki, kənd sakini, 1938-ci il təvəllüdlü Səməndər Məmmədov qoyun sürüsünün altında qalaraq yıxılıb və xəsarət alıb.
Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılan S.Məmmədov orada vəfat edib.
Faktla bağlı araşdırma aparılır. /Report/