Göyçayda qəza oldu, azyaşlı həyatını itirdi – Yeniləndi
Hadisə
Göyçayda ağır yol-nəqliyyat hadisəsində xəsarət alanlardan biri ölüb.
News24.az xəbər verir ki, 2018-ci il təvəllüdlü azyaşlı həyatını itirib.
Qeyd edək ki, "Mercedes" və "VAZ 2106" markalı avtomobillərin toqquşması nəticəsində ikisi azyaşlı olmaqla 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
**
Göyçayda iki avtomobil toqquşub, 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
News24.az xəbər verir ki, hadisə rayonun Mırtı kəndi ərazisində qeydə alınıb.
“Mercedes” və “VAZ 2106” markalı minik avtomobillərinin toqquşması nəticəsində 2-i azyaşlı olmaqla, 5 nəfər müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb.
Yarlılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır. (APA.az)