Göyçayda qəza: xəsarət alan var
Hadisə
Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, idarəetmədən çıxan motosiklet yol kənarında dayanan avtomobilə çırpılıb.
Müxtəlif bədən xəsarətləri alan 2001-ci il təvəllüdlü motosikletçi Rəşad Abdullayev xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf.az)