Göyçayda ağır yol qəzası-yaralananların vəziyyəti - kritikdir

Göyçayda ağır yol qəzası-yaralananların vəziyyəti - kritikdir Hadisə
Göyçayda rayon mərkəzində "Qazel" markalı yük avtomobili ilə "VAZ-2106" markalı minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Səhiyyə nazirliyindən News24.az-a verilən məlumata görə, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 4 nəfər kişi Göyçay mərkəzi rayon xəstəxanasına çatırılıb. Onlardan 3-nə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar. 4-cü şəxs isə çanaq, burun və əlin sınıqları diaqnozu ilə travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.

Afaq Mirayiq