Göyçayda güclü yanğın başladı

Göyçayda güclü yanğın başladı Hadisə

Göyçayda taxta sexində yanğın hadisəsi baş verib.

News24.az xəbər verir ki, ilkin məlumata əsasən yanğın rayon mərkəzində yerləşən taxta sexlərindən birində qeydə alınıb.

Dərhal əraziyə FHN-nin Göyçay yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub.

Hazırda ərazidə işlər davam etdirilir. Yanğının hansı səbəbdən baş verdiyi araşdırılır. (APA)