Göyçayda qəza: - Xəsarət alanlar var

Göyçayda qəza: - Xəsarət alanlar var Hadisə

Göyçayda zəncirvari yol qəzası baş verib, yaralananlar var.

News24.az APA-ya istinadən xəbər verir ki, "Mercedes", "Ford" və "Qaz-53" markalı avtomobillərin toqquşması zamanı 2 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alan Göyçay rayon sakini, "Mercedes"in 1999-cu il təvəllüdlü sürücüsü İsmayıl  Abışov və "Ford"da olan 1994-cü il təvəllüdlü İsmayıllı rayon sakini, sərnişin Hikmət Kərimov xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.