Göygöldə avtomobil qəzası olub, yaralananlar var

Göygöldə avtomobil qəzası olub, yaralananlar var Hadisə


Göygöl rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

News24.az “Report”a istinadla xəbər verir ki, qəza nəticəsində yaralanmış 1998-ci il təvəllüdlü Q.Məmmədov və 1987-ci il təvəllüdlü E.Alıyev xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.