Göygöldə minik avtomobili aşıb, - xəsarət alan var

Göygöldə minik avtomobili aşıb, - xəsarət alan var Hadisə


Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

News24.az bildirir ki, hadisə Çaykənd kəndinın yaxınlığında qeydə alınıb. Hərəkətdə olan minik avtomobili yoldan çıxaraq aşıb.

Qəza zamanı 1 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.